waplog

“Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq


“Elektron imza” haqqında qanun kütləvi şəkildə tətbiq olunandan sonra abituriyentlərin ali məktəblərə sənəd verməsi prosesi daha da asanlaşacaq”. Bu barədə jurnalistlərə açıqlama verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib. TQDK sədrinin sözlərinə görə, hazırda ali məktəblərə qəbul imtahanlarında iştirak üçün sənəd verən abituriyentlər elektron ərizə verdikdən sonra öz ərizələrini müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiqlədirlər. “Elektron imza”nın tətbiqindən sonra isə abituriyentlərin SQK-da öz ərizələrini təsdiqlətməsinə ehtiyac qalmayacaq. Bu proses tamamilə elektronlaşacaq.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL