waplog

Dünyanın ən məhsuldar superkompyuteri


M.V.Lomonosov adına Moskva Dövlət Universitetində quraşdırılmış Rusiya superkompyuteri - "Lomonosov"un hesablama güclərinin genişlənməsi başa çatır.
Kompleks təkmilləşdirmə CPU+GPU hibrid konfiqurasiyasından istifadəni nəzərdə tutur: sistem 1 554 nVidia Tesla X2070 qrafik prosessoru və 4 nüvəli İntel Xeon ümumi təyinatlı server çiplərini birləşdirəcək. Nəticədə məhsuldarlıq 1,3 petaflops təşkil edəcək.
Beləliklə, "Lomonosov" dünyada ən məhsuldar superkompyuterlərdən biri olur. Top-500-ün builki reytinqində o, yalnız sürətləri müvafiq olaraq 2,57 və 1,76 petaflops təşkil edən Çin sistemi “Tianhe-1A”-ə və Amerika kompleksi “Jaguar”-a uduzaraq üçüncü yeri tuta bilər.
"Lomonosov" nanotexnologiyalarla bağlı çox resurs tələb edən məsələlərin həlli, zülal strukturlarının modelləşdirilməsi, iqlim dəyişiklikləri, güclü hesablama sistemləri üçün alqoritmlərin və proqram təminatının hazırlanması və s. üçün istifadə olunur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL