Prezident İlham Əliyev rabitə və yüksək texnologiyalar sahəsi işçilərini təltif etdi
Prezident İlham Əliyev Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Həsənova Sahibə Məzahir qızı
Qasımov İsa Vəli oğlu
Mehyəddinov Ənvər Əlistan oğlu
Məmmədova Firuzə Novruz qızı
Pirmətov Fərhad Veysəl oğlu
Vəlibəyli Sevinc Mürsəl qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Məmmədov Novruz Qulu oğlu
Naibov Vidadi Vaqif oğlu”.
Eyni zamanda, dövlət başçısı Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında rabitə və yüksək texnologiyalar sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:
Cəfərov Nazim Kazım oğlu
Rüstəmov Rəşad Keykavuz oğlu
Səfərov Rizvan Ziyanur oğlu”.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL