waplog

Yaponiyada sonuncu peycinq şirkəti tezliklə öz fəaliyyətini dayandıracağını bəyan edib


Yaponiyanın “Tokyo Telemessage” peycinq şirkəti bəyan edib ki, 2019-cu ilin sentyabrında peycer sahiblərinə xidmət göstərməyi dayandıracaq. Bundan sonra ölkədə belə xidmət göstərən operator olmayacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, 1996-cı ildə 1,2 milyon nəfərə xidmət göstərən şirkət uzun müddətdir müştərilərini itirir, indi onların sayı 1500 nəfərdir və artıq 20 ildir yeni peycer təqdim edilməyib.
 
Ötən əsrdə meydan çıxmış istifadəçi peycerlərinə mətn mesajlarının birtərəfli ötürülməsi texnologiyası 80-ci illərdə kütləvi populyarlıq əldə edib və 15 il sonra isə peycerlər mobil telefonlar tərəfindən sıxışdırılmağa başlanıb. Bununla belə təcili yardım xidmətləri və tibb işçiləri sözügedən texnologiyadan istifadə edirlər, çünki peycerlər xəstəxana avadanlığına zərər vura bilən elektromaqnit dalğaları buraxmır.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL