waplog

“BakuTel 2018” sərgisində iki yeni markalı kitabın təqdimatı keçirilib


“Azərmarka” MMC “BakuTel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgi və konfransında yeniliklərlə çıxış edib.

Bu gün “Azərmarka”nın sərgidəki stendində “Azərbaycan. 1918-2018” və “Mənim Bakım” kitablarının təqdimatı keçirilib.

“Azərbaycan. 1918-2018” marka kitabı bu il ərzində 100 illiyini qeyd etdiyimiz əlamətdar hadisələrə həsr edilib.

“Mənim Bakım” kitabına tanınmış fotoqraf  Sənan Ələskərovun fotoları toplanıb. Kitaba Azərbaycan paytaxtının fərqli rakurslarda çəkilmiş fotoları ilə yanaşı, 4 ədəd poçt bloku da daxil edilib.

Mövzu zənginliyi və nəfis tərtibatı ilə seçilən kitablar ölkəmizin təbliği baxımından xüsusi əhəmiyyətə malikdir.

Təsadüfi deyil ki, sözügedən kitablar sərginin həm yerli, həm də xarici ziyarətçilərinin böyük marağına səbəb olub.

Məlumat üçün bildirək ki, “Azərmarka” MMC-nin stendində Azərbaycan Demokratik Respublikasının yaranması,  Azərbaycan qadınına seçki hüququnun verilməsi, Silahlı Qüvvələrimizin yaranması, Bakının erməni və bolşevik işğalından azad olunması, Dövlət bayrağı, Xalq Cümhuriyyəti Parlamentinin və Azərbaycan poçtunun yaranması kimi hadisələrə həsr olunmuş poçt markaları nümayiş etdirilir. Stenddə, həmçinin, müxtəlif cür filateliya və promo məhsulları təqdim olunur. Nümayişdə fərqli tərtibatlı kəlağayılar, qeyd dəftərləri, maqnitlər, əlfəcinlər, dəftərlər və s.yer alır.

Qeyd edək ki, “Bakutel-2018” sərgi-konfransı Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı və “Azercell” şirkətinin baş sponsorluğu ilə  keçirilib.
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL