Kvant kompüterinin yaradılmasını sürətləndirəcək optik mikroçip hazırlanıb
Beynəlxalq alimlər komandası potensial olaraq yeni dərman preparatları hazırlaya bilən və enerjiyə qənaət metodlarını optimallaşdıracaq optik kompüterin yaradılması istiqamətində böyük irəliləyiş əldə ediblər.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, alimlər kvant hesablamaları üçün lazım olan və sıxılmış vakuum kimi tanınan işığın müəyyən vəziyyətinin generasiyası, manipulyasiyası və qeydiyyatı üçün ilk optik mikroçip hazırlayıblar. Optik mikroçip kvant kompüterlərin yaradılması üçün lazımi standart funksiyalara malikdir.
"Biz bu qurğunun köməyilə müəyyən problemləri müasir kompüterlərdən daha sürətli həll edəcək optik kvant kompüterinin yaradılması istiqamətində mühüm texnoloji irəliləyiş etdik" – Avstraliya Milli Universitetinin professoru Eleanor Hantinqton deyib.
Eni 1,5 sm, uzunluğu 5 sm və qalınlığı 0,5 sm olan mikroçipin daxilində işıqla qarşılıqlı əlaqədə olan komponentlər yerləşir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL