waplog

Planet əhalisinin 33%-i kompüterdə işləyə bilmir


Planet əhalisinin 50%-dən çoxu artıq internetə çıxış imkanına malikdir. Bu göstəricini artırmaq üçün insanları kompüter texnologiyaları sahəsində bacarıqlara öyrətmək lazımdır. Bu haqda Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) yeni hesabatında deyilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "news.un.org" saytına istinadən yazır ki, "genişzolaqlı rabitəyə yatırılan investisiyaların həcminin artırılması rəqəmsal inqilab prosesini stimullaşdırır və çoxlu sayda insanın internet xidmətlərinə qoşulmasına imkan verir" – BTİ-nin baş katibi Xoulin Çjao deyib.
 
İnformasiya texnologiyaları sahəsində bacarıqlara yiyələnmə internetin gələcək inkişafı üçün mühümdür. Hesabat məlumatlarına əsasən, dünyada zəruri texniki biliklər üzrə çatışmazlıq müşahidə olunur. Planet əhalisinin 33%-i faylların köçürülməsi kimi adi kompüter bacarığına malik deyil; 41%-i standart bacarıqlara malikdir və yalnız planet əhalisinin 4%-i kompüter proqramları yarada bilər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL