“LG Gram 17” modeli 17 düym diaqonallı ilk ən yüngül noutbukdur
“LG” şirkəti “Gram” istehsal xəttinə aid noutbuklar nümayiş etdirib. Nazik çərçivəli və 17 düym ekranlı “Gram 17” modeli dünyada belə diaqonala malik ən yüngül noutbukdur.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, ikinci yeni qurğu ekranı 360 dərəcə dönən 14 düymlük “LG Gram 2-in-1” modelidir. Hər iki kompüter səkkizinci nəsil “Intel” prosessorları əsasında yaradılıb və “MIL-STD-810g” hərbi standartı ilə sertifikatlaşdırılıb.
Məlumata görə, ölçülərdə fərqə baxmayaraq yeni noutbuklar eyni tutuma (72 vatt-saat) malik akkumulyatorla təchiz ediliblər. Lakin “Gram 17” modeli üçün avtonom iş vaxtı 19,5 saat, “Gram 2-in-1” üçün 21 saat təşkil edir. Bundan başqa, modellər rəqəmli blok və işıqlandırmaya malik tamölçülü klaviatura, “Windows Hello” funksiyası vasitəsilə tez blokdan çıxarılma üçün barmaq izi skaneri və geniş “USB” çıxış dəstləri ilə təchiz olunub.
Noutbukların rəsmi təqdimatı yanvarın əvvəlində “CES 2019” sərgisində planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL