“Samsung” kinoteatrlar üçün dünyanın ən böyük “LED” ekranını təqdim edib
“Samsung Electronics” şirkəti “3D” formatını dəstəkləyən dünyanın ən böyük “Onyx Cinema” işıq diodlu (LED) ekranını təqdim edib. Onun eni 14 metr təşkil edir. Bu, ötənilki birinci nəsil “Onyx” displeyi ilə müqayisədə 40 faiz böyükdür. Pekinin “Capital” kinoteatrında istifadə olunan yeni panel artıq bütün dünyada quraşdırılmaya hazırdır.
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, Cənubi Koreya şirkəti eni 10 metr olan “Onyx” seriyasına aid ilk ekranı 2017-ci ilin iyulunda nümayiş etdirib. İriölçülü ekranlara həm istehlakçılar, həm də biznes tərəfindən yüksək tələbatla əlaqədar yeni “Samsung Onyx” displeyinin ölçüsü 4 metr artırılıb.
Bildirilir ki, “Samsung Onyx Cinema” işıq diodlu ekranları bütün növ kinoteatrlar üçün uyğun olmaqla yüksək təsvir ölçüsü və etibarlılıq təmin edir. “Capital” kinoteatrında quraşdırılan unikal displey “4K” təsvir ölçüsünü, “HDR” texnologiyasını, standart proyektorun parlaqlığını təxminən 6 dəfə üstələyən maksimal “88 fL” parlaqlığı, eləcə də “3D-Ready” və “Digital Cinema Initiatives” texnologiyalarını dəstəkləyir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL