waplog

Ulduz yağışı hissini yaradan kosmik aparat icad olunub


Yaponiya elmi tədqiqatçıları ulduz yağışı hissini yaratmağa imkan verən kosmik aparat ixtira ediblər.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, peykin təxminən 2 il sonra buraxılması nəzərdə tutulur. Layihənin yaradıcısı qismində ulduz yağışı ilə məşğul olan yerli “Ale Сo” şirkəti çıxış edir. Şirkətə, həmçinin Yaponiyanın bir sıra ali məktəbləri dəstək göstərir.  

Məlumata görə, kosmik aparatın eni 60 sm, hündürlüyü 80 sm, çəkisi isə təxminən 65 kq təşkil edəcək.

Süni kosmik aparatın ilk buraxılışı 2020-ci ilin yanvarına planlaşdırılır. Konstruksiya daxilində sonradan ulduz yağışının imitasiyası üçün tətbiq ediləcək 400 metal kürəcik quraşdırılıb.   

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL