İlk “Opera” mobil blokçeyn brauzeri təqdim olunub
“Opera” şirkəti desentralizasiya edilmiş şəbəkələrdə kriptovalyutalarla iş üçün nəzərdə tutulan ilk mobil blokçeyn brauzerini təqdim edib. Təqdimat bu günlərdə Londonda keçirilən “Hard Fork Decentralized” konfransı çərçivəsində baş tutub.
“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, yeni “Opera” mobil brauzerin əsas fərqli cəhətləri sırasında kriptovalyutalar üçün quraşdırılmış pul kisəsi, eləcə də desentralizasiya ilə əlaqədar “Web 3.0” standartının dəstəklənməsi qeyd olunur.
“Android” əməliyyat sistemi ailələri üçün “Opera” mobil brauzeri “ağıllı” kontraktlar yaratmağa və tranzaksiyalar həyata keçirməyə imkan verən “Ethereum” protokolunu dəstəkləyir. Tərtibatçılar desentralizasiya edilmiş həllərə əsaslanan əlavələr (Dapps) yaratmaq imkanı əldə ediblər. Ümid edirik ki, brauzerin buraxılışı “Web 3.0” texnologiyasının tətbiqini sürətləndirəcək və interneti həqiqətən desentralizasiya olunmuş edəcək”, – “Opera Crypto” layihəsinin rəhbəri Çarlz Hemel bildirib.
Məlumata görə, “Web 3.0” texnologiyasından yararlanmaq üçün yeni “Opera” brauzerinin istifadəçilərindən müəyyən məbləğdə “Ethereum” kriptovalyutası alaraq onu mobil əlavəyə quraşdırılan pul kisəsində saxlamaq tələb olunur. Bu halda “Dapps” ilə əlaqədar funksiyalar birbaşa pul kisəsi interfeysində görünməyə başlayacaq.
“Opera” şirkəti 2019-cu ildə “Web 3.0” texnologiyasının dəstəklənməsini brauzerin “Microsoft Windows”, “Apple Mac” və “Linux” platformalı fərdi kompüterlər üçün nəzərdə tutulan versiyasına tətbiqini planlaşdırır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL