Dünyada smartfonların satışı azalmağa başlayıb
"IDC" analitik şirkəti 2018-ci il üçün beynəlxalq smartfonlar bazarı üzrə proqnoz dərc edib.
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, analitiklərin gözləntisinə görə, bu il smartfonların satış həcmi 2017-ci illə müqayisədə azalacaq.
Məlumata görə, cari ildə smartfonların tədarükü 2017-ci ildəki 1,47 milyarddan 1,42 milyardadək (3 faiz) azalıb. Bununla yanaşı, mütəxəssislərin proqnozuna görə, 2019-cu ildə vəziyyət düzələcək və smartfonların satışı minimum 2,6 faiz yüksələcək. Uzunmüddətli perspektivdə – 2022-ci ilədək isə smartfonların satış həcminin 1,57 milyardadək artacağı gözlənilir.
Bundan başqa, analitiklər tərəfindən böyük ekranlı smartfonların bazar payının artacağı proqnozlaşdırılır. 5,5 düymdən böyük ekrana malik modellərin satışı 947,1 milyonadək artaraq 2018-ci ilin bütün satış həcminin 66,7 faizini təşkil edəcək. Müqayisə üçün: 2017-ci ildə belə smartfonların satışı 623,3 milyona və ya 42,5 faizə bərabər olub, 2022-ci ilədək isə onların payının 87,7 faiz və ya 1,38 milyard təşkil edəcəyi proqnozlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL