waplog

Yeni texnologiya obyektləri nanoölçülərədək kiçildəcək


Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları üçölçülü strukturları nanoölçülərədək kiçiltməyə imkan verən texnologiyanı təsvir ediblər.

"ICTnews" Elektron Xəbər Xidməti "Naukatv" resursuna istinadən yazır ki, yeni texnologiya istənilən formaya malik nanoölçülü həcmli obyektlər yaratmağa imkan verir. Mütəxəssislər "MIT" laboratoriyası tərəfindən bir neçə il əvvəl yüksək təsvir ölçülü baş-beyin təsvirlərinin əldə edilməsi üçün hazırlanan metodikanı adaptasiya etmək qərarına gəliblər. Təsvir ölçüsünü artırmaq üçün obyekt xüsusi polielektrolit geldə fiksajlama yolu ilə fiziki baxımdan böyüdülür. Bu prosesi əksinə keçdikdən sonra tədqiqatçılar tərəfindən müəyyən edilib ki, onlar polielektrolit gelə quraşdırılan irimiqyaslı obyektlər yarada, daha sonra onları nanoölçülərədək kiçildə bilərlər.

Tərtibatçıların sözlərinə görə, obyekt üzərinə müxtəlif faydalı materiallar, o cümlədən metallar, kvant hissəciklər və DNK köçürmək olar. Forma və strukturlar polimerlərin lazer vasitəsilə köçürülməsi ilə yaradılır. Materiallar karkas üzərinə köçürüldükdən sonra konstruksiya orijinalın həcminin mində birinədək kiçilir. Tədqiqatçıların sözlərinə görə, bu kiçik konstruksiyalar əksər sahələrdə, o cümlədən optika, tibb və robot texnikasında tətbiq oluna bilər.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL