Yaponiyada sürücüsüz işləyən sərnişin avtobusları sınaqdan keçirilir
Yaponiyanın Qumma prefekturasında sürücüsüz işləyən sərnişin avtobuslarının real şəraitdə sınaqlarına başlanılıb.
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, sürücüsüz işləyən avtobusun hərəkət marşrutu hazırda 1 km-dir, avtobuslar saatda 20 km sürətlə hərəkət edir. Sözügedən avtobuslar lazer sensorlar, çoxlu kamera, GPS naviqator və avtomatik olaraq sürət, əyləc, döngələri müəyyənləşdirən müvafiq avadanlıqla təchiz edilib. Avtobus, həmçinin işıqforun vəziyyətini müəyyənləşdirir.
Yaponiyanın nəqliyyat yollarında sürücüsüz işləyən nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən qanunvericilik yoxdur. Ancaq sınaqlar zamanı avtobus sürücüsü daim öz yerindədir və yoldakı vəziyyəti izləyir, zərurət yarandıqda hər an sükan arxasına keçə bilər.
Sınaqlar 2019-cu ilin martınadək davam edəcək. 2020-ci ilədək isə Yaponiyada sürücüsüz işləyən nəqliyyat vasitələrinin tətbiqinə başlamaq planlaşdırılır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL