waplog

“Huawei” ön kamerası displeyə qurulmuş “Nova 4” smartfonunu təqdim edib


Çinin “Huawei” şirkəti “Nova 4” smartfonunu təqdim edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, sözügedən smartfonda displeyin sol yuxarı küncündə kiçik dəlik mövcuddur. Orda 25 meqapiksellik ön kamera yerləşdirilib. Smartfon “Kirin 970” prosessoru ilə təchiz edilib, 2310x1080 piksel təsvir ölçülü çərçivəsiz displeyin diaqonalı 6,4 düymdür. Aparat 8 QB-lıq əməli yaddaşa, 128 QB-lıq daxili yaddaşa malikdir.
 
Smartfonun əsas kamerası özünə diqqət çəkir. Həmin kamera 48, 16 və 2 meqapiksellik təsvir ölçülü 3 moduldan ibarətdir. Qurğunun arxa səthində, həmçinin barmaq izləri skaneri yerləşdirilib. “Huawei Nova 4” aparatının daxili akkumulyatorunun tutumu 3750 milliamper/saat təşkil edir.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL