waplog

Süni insan başı ilə “Android” smartfonlarını blokdan çıxarmaq mümkün olub


“Android” sisteminin idarəetməsi altında işləyən qabaqcıl smartfonlar təhlükəsizlik testindən uğurla keçə bilməyiblər.  Ekspertlər süni insan başı ilə biometrik sensora müdaxiləyə cəhd ediblər və buna nail olublar.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, sınaqda 5 smartfon (“iPhone X”, “LG G7 ThinQ”, “Samsung Galaxy S9”, “Samsung Galaxy Note8” və “OnePlus 6”) istifadə edilib. Bütün modellər istifadəçinin sifətinin “3D” skan etməsinə əsaslanan təhlükəsizlik sistemi ilə təchiz edilib. Sözügedən aparatlara “Forbes” nəşrinin jurnalistinin “3D” printerdə çap edilmiş başı yaxınlaşdırılıb.
 
Təəssüf ki, “Android” sisteminin idarəetməsi altında işləyən bütün cihazlar süni insan başını tanıyaraq sistemi blokdan çıxarıb. Yalnız “iPhone X” smartfonu süni insan başını tanımaqdan imtina edib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL