“Twitter” istifadəçinin ölkəsini öyrənməyə imkan verən boşluğu aradan qaldırıb
“Twitter” sosial şəbəkəsinin məlumatına görə, əks-əlaqə forması ilə əlaqədar problem aradan qaldırılıb. Bu problem nəticəsində kənar şəxslər istifadəçilərin telefon nömrələrinin ölkə kodunu öyrənə bilirdilər.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, sözügedən boşluq noyabrın 14-də aşkar edilmişdi və gün ərzində aradan qaldırılıb. “Twitter”dən məlumat verilib ki, bu problem nəticəsində istifadəçilərin telefon nömrəsini və ya başqa fərdi məlumatlarını öyrənmək mümkün deyildi.
Bundan başqa, şirkətin məlumatına görə, şübhəli sorğuların əksəriyyəti Səudiyyə Ərəbistanı və Çindən daxil olub.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL