“Rovio” şirkəti “Angry Birds” oyununun rekord sayda yükləndiyi haqqında məlumat verib. Studiyanın rəhbəri bildirib ki, oyunun müxtəlif versiyaları çıxış anından 2 ildən az müddətdə ümumilikdə 500 milyon dəfə yüklənib. "Bu, digər istənilən oyunun nəticələrindən yuxarıdır" —“TechCrunch” xəbər verib.
Maraqlıdır ki, “Rovio” şirkəti oktyabr ayının ortalarında yükləmələrin 400 milyon olduğunu bildirmişdi. Bu halda isə 100 milyon yükləmə son 2 həftə ərzində olub.
Hal-hazırda şirkət bütün dünyada firma mağazalar şəbəkəsi açmağa hazırlaşır və tezliklə “Angry Birds” oyununun motivləri üzrə film kirayəyə çıxarılacaq. Statistikaya əsasən, oyunun çıxış anından (2009-cu ilin dekabr ayı) oyunçular 266 milyard səviyyə keçiblər, 44 milyard ulduz toplayıblar.