Bill Qeyts 2 ekranlı planşet layihəsini bəyənməyib
“Microsoft”un əsas texnologiya mühəndisi Ceyms Allard tərəfindən təklif edilmiş “Courier” planşet kompyuterinin konsepsiyası korporasiyanın banisi Bill Qeytsin xoşuna gəlməyib. Məhz bu səbəbdən qurğu işıq üzü görməyib.
“Courier” planşeti haqqında ilk informasiya 2009-cu ilin payızında çıxıb. Hələ o vaxt bildirilmişdi ki, qurğunun konstruksiyası təxminən 7 düym diaqonallı 2 sensor ekranın mövcudluğunu nəzərdə tutur. Cənab Allardın fikrinə əsasən, planşet rider, portativ media mərkəz və mobil internet qurğu kimi tətbiq edilə bilərdi.
Planşet üçün “Windows” əməliyyat sisteminin çox dəyişilmiş versiyasından istifadə edilməsi güman edilirdi, bu isə korporasiyanın digər proqram təminatı ilə uyğunluq problemi yarada bilərdi.
Buna görə “Microsoft” korporasiyasının rəhbəri Stiv Ballmer məsləhət üçün Bill Qeytsə müraciət edib. O isə layihəni bəyənməyib. Cənab Qeytsə “Courier” konsepsiyasının “Microsoft”un əsas proqram məhsullarının tətbiqini nəzərdə tutmamağı xoş gəlməyib.
Cənab Qeytsin fikrincə, bu çatışmazlıqlar korporasiyasını əlavə gəlir mənbəyindən məhrum edirdi. Nəticədə “Courier” layihəsi operativ olaraq dayandırılıb və onun müəllifi bir müddətdən sonra “Microsoft” korporasiyasından çıxarılıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL