waplog

Neyroşəbəkə realistik insan sifətləri yaradır


“NVIDIA” şirkətinin tədqiqatçıları realistik görünən insanları generasiya edən alqoritm üzərində uzun illər çalışdıqdan sonra “Generative Adversarial Networks” (GAN) adlı neyron şəbəkəsi real insanların şəkillərindən fərqlənməyən “fotoşəkillər” yaratmağa başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, süni intellekt tərəfindən yaradılan sifətlər “üslubun ötürülməsi” (style transfer) kimi tanınan metod vasitəsilə formalaşdırılır. Neyroşəbəkə bir şəklin xarakteristikasını digəri ilə birləşdirir. Generator fotoşəkili üç üslubun birləşməsi kimi nəzərdən keçirir: “kobud üslublar” (poza, saçlar, üzün forması), “orta üslublar” (üz və gözün xüsusiyyətləri) və “incə üslublar” (rəng sxemi).

Mütəxəssislərin sözlərinə görə, alqoritm, həmçinin kiçik heyvan və ya obyektlərin şəkillərini yarada bilir. Lakin sistem hələlik mükəmməl olmaması səbəbindən saxta şəkillərin yaradılmasına imkan verən əlamətlər mövcuddur. Məsələn, ən çətin hissə saçların yaradılmasıdır. Saçların realistik formalaşdırılmasının çətinliyi ilə əlaqədar olaraq neyroşəbəkə şəkillərində onlar adətən rənglənmiş və ya qeyri-təbii görünürlər.

Nizam Nuriyev
 




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL