3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq
Azərbaycanın İlk Mobil Operatoru olan Bakcell elan edib ki, 3G mobil rabitə xidmətlərini göstərməsi üçün operatorun mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır.
Şirkətdən verilən məlumata görə, 3G xidmətinin tətbiqi ilə müştərilərə ən son mobil data və internet xidmətləri göstəriləcək və Azərbaycanda rəqəmsal infrastruktur qurulmasına dəstək veriləcək. Hazırda Bakcell ölkədə ən böyük - ümumi sayı 2500-ü keçən baza stansiya şəbəkəsinə malikdir. İndiyədək şəbəkənin yenilənməsi üzrə aparılan işlərə böyük miqdarda sərmayə qoyulub və bu iş məqsədyönlü şəkildə aparılıb.
Nəticədə 3G xidmətlərinin həyata keçirilməsi üçün lazımi proqram təminatı yaradılıb və baza stansiyalarının dəyişdirilməsi müvəffəqiyyətlə həyata keçirilib. Bakcell əminliklə bəyan edir ki, mövcud şəbəkəsi üçüncü nəsil standartında xidmətlərin göstərilməsinə tam hazırdır.
Azərbaycanda 3G xidmətlərinin kütləviləşməsi ölkənin simsiz rabitə, daha dəqiq desək, MOBİL İNTERNET bazarının inkişafında növbəti mərhələnin başlamasına təkan verəcək.
Bugün istifadəçilərin çoxu internetə portativ qurğular vasitəsilə daxil olmağa üstünlük verirlər. Bazara yeni və daha yaxşı xidmətlər təqdim olunduqca mobil internetdən istifadə yüksək sürətlə artır.
Bakcell 3G xidmətlərinin kütləvi şəkildə tətbiqinə başlanmasının ölkədə İKT sektorunun inkişafına təkan verəcəyinə, bu sahədə rəqabəti artıracağına və yerli bazarın daha da inkişafına nail olunacağına inanır.
Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib ki, 3G xidmətlərinin göstərilməsi Azərbaycanın mobil rabitə bazarında yeni inkişaf dalğasının yaranmasına səbəb olacaq.
Onun sözlərinə görə, son vaxtlar internet xidmətləri yüksək sürətlə inkişaf edir. İnsanlar internetə olan ehtiyaclarını daha çox mobil telefonlarından istifadə etməklə reallaşdırır.
Bu baxımdan, bazarın tələbatı aşkardır və biz 3G-nin tətbiqi ilə interneti daha rahat formada insanların gündəlik həyatına gətirmək niyyətindəyik. Bakcell artıq ən populyar internet proqramları olan facebook və twitter-də təmsil olunur.
Bizim məqsədimiz yüksək sürətli 3G mobil internet xidmətimiz sayəsində müştərilərimizin bu kimi proqramlardan və YouTube kimi populyar xidmətlərdən istifadə təcrübəsini daha da təkmilləşdirməkdir ”, deyə baş icraçı direktor vurğulayıb.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL