Reaktiv mühərriklərin diaqnostikası üçün kiçik robot yaradılıb
Harvard Universitetinin tədqiqatçıları maqnit ayaqlara malik kiçik robotlar ixtira ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "Hi-News" resursuna istinadən yazır ki, onlar həşəratları xatırladır və daha əvvəl yaradılmış "HAMR" ambulator mikro robotlar əsasında yaradılıb. Mexanizmlərin əvvəlki versiyaları suyun üzərində hərəkət edə bilirdi, lakin hazırkı "HAMR-E" modifikasiyası isə şaquli səthlərə dırmaşır.
Statik elektrik poliamid izolyasiyalı mis elektroddan hazırlanan ayaqlarda yaranır. Robot ayağı qaldırmazdan əvvəl müvafiq əl-ayağa enerjinin ötürülməsini dayandırır, ayağı təkrar açmaq üçün isə onu işə salır. Robotun əyri səthlər üzərinə daha rahat dırmanması üçün ayaqların ucları elastikdir.
Həmçinin mütəxəssislər baldırla pəncəni birləşdirən oynaqları modifikasiya ediblər – onlar üçölçülü fırlanırlar və robotlara yerdən asılı olaraq cəld çevrilməyə imkan verirlər. Həmçinin ayaqlardan birinin qaldırılması zamanı digər üçünün səthə yapışmış vəziyyətdə qalması üçün yeni yeriş hazırlanıb.
Uğurlu testi keçirilən sınaq robotu üfüqi və şaquli səth üzərində 100-dən çox addım ataraq yerə düşməyib. Gələcəkdə mütəxəssislər daha geniş səth spektrində ayaqların yapışma qabiliyyətini yaxşılaşdırmaq niyyətindədirlər.
"HAMR-E" yaradıcısı Sebastyan de Rivazın sözlərinə görə, üfüqi və şaquli səthlər üzərində hərəkət sayəsində robotlar istənilən sınmış mexanizmləri diaqnozlaşdıra biləcəklər. Onların köməyi ilə qurğuların korpuslarını açmadan sınmanı aşkarlamaq mümkün olacaq.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL