waplog

www.mincom.gov.az - “MilliNet-2018”in “Elektron Hökumət” nominasiyasının qalibi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsi Milli İnternet Mükafatı - "MilliNet-2018"in "Elektron Hökumət" nominasiyasında qalibi seçilib. Bu nominasiyada  8 sayt nominat olub.

 

Ötən gün keçirilən "MilliNet-2018"in yekun təqdimat mərasimində qaliblər mükafatlandırılıb.

 

Tədbirdə ölkənin internet və İKT ictimaiyyətinin , dövlət və özəl sektorun, vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edib.

 

Bu il "MilliNet-2018"-ə 19 nominasiya üzrə 406 internet resurs ( saytlar , mobil tətbiqlər və sosial media resursları)  təqdim edilib. Onlardan qaydalara uyğun olan 300 resurs  müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Ən yaxşı  105 resurs isə nominant statusu alıb. 

 

Beləliklə, nominasiyalar üzrə "MilliNet-2018"in digər qaliblərini də təqdim edirik.

 

Korporativ sayt - http://www.qualitysolutions.az , İctimai-sosial sayt -  http://birtebessumbirumid.com , Təhsil və elm- http://www.bildilchin.az, "Elektron hökumət"  - http://mincom.gov.az/az/ , Xidmət (Servis) - http://www.1X1.az, "Elektron ticarət" - http://vivadessert.az/, "E-gov Mobil tətbiqləri" – "Birbank",  Təhsil mobil tətbiqləri – "Bildirçin" Azərbaycan dilinin Universal Elektron Lüğəti,  "Utilitlər" – "Gold Quiz" oyunu,  "Facebook" səhifəsi- "Film Fiction" jurnalı,  "İnstagram" hesabı- "Baku Streets Life", "YouTube" – "Balta" animasiyası qalib seçilib.

 

Qeyd edək ki, Azərbaycanda informasiya texnologiyalarının və internetin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən Müsabiqəyə cari ilin oktyabr  ayında start verilib.

 

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.


MilliNet-in Baş sponsoru "Azertelecom" şirkətidir.

Müsabiqəyə "LENOVO", "BestComp", İnnovasiya Mərkəzi, "NEURON" və "NOVA"  şirkətləri də dəstək göstərirlər.











NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL