“WhatsApp” messencerində pulköçürmələri üçün kriptovalyuta hazırlanır
“Facebook” sosial şəbəkəsi “WhatsApp” messenceri vasitəsilə pulköçürmələri üçün kriptovalyuta layihəsi üzərində işləyir. Bu haqda “Bloomberg” agentliyi məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, indi “Facebook”un mütəxəssisləri ilk öncə Hindistan bazarını hədəfləyən layihənin strategiyası üzərində çalışırlar. “RNS” nəşri yazır ki, adıçəkilən ölkədə 200 milyondan çox nəfər “WhatsApp” messencerindən istifadə edir. Ümumdünya Bankının məlumatına görə, Hindistan pulköçürmələri üzrə dünyada liderdir: yalnız 2017-ci ildə ölkədə həyata keçirilmiş pulköçürmələrinin məbləği 69 milyard dollar təşkil edib.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL