“Xiaomi” şirkəti gənclər üçün “Mi Play” smartfonunu təqdim edib
Gözlənildiyi kimi, “Xiaomi” şirkəti bu gün Çində “Xiaomi Mi Play” adlı smartfonunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, smartfon “Full HD” (2280x1080 piksel) formatında tərəflər nisbəti 19:9 olan 5,84 düymlük ekran, 8 meqapiksellik ön və 12 meqapiksellik ikiqat arxa kamera ilə təchiz edilib. Arxa paneldə barmaq izləri skaneri quraşdırılıb.
Bundan başqa, sözügedən aparat 2,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek Helio P35” prosessoru, 4 QB əməli və 64 QB daxili fləş yaddaşla təchiz edilib. Akkumulyator batareyasının tutumu 3000 milliamper/saat təşkil edir.
Smartfon “MIUI 10” interfeysli “Android 8.1 Oreo” əməliyyat sisteminin idarəetməsi altında işləyir. Qurğunun ölçüsü 147,76x71,89x7,8 mm, çəkisi isə 150 qr-dır. 2 ədəd SİM kart, “4G VoLTE”, “Wi-Fi 802.11 a/b/g/n”, “Bluetooth 4.2”, “GPS + QLONASS” texnologiyaları dəstəklənir.
“Xiaomi Mi Play” aparatı qara, göy və qızılı-çəhrayı qradiyent rənglərdə 159 dollara təklif edilir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL