“IBM” sağlamlıq vəziyyətini izləyən və xəstəlikləri aşkar edən kiçikölçülü datçik hazırlayıb
Əllər vasitəsilə sıxma gücü sağlamlıq vəziyyətinin göstəricisi ola bilər və xəstəliklərin aşkar edilməsində diaqnostika vasitəsi kimi istifadə edilə bilər.
“ICTnews” Elektron Xəbər Xidməti “itc.ua” saytına istinadən yazır ki, bu məqsədlə “IBM” korporasiyası tərəfindən hazırlanmış və əl dırnağına bərkidilən kiçikölçülü daşınan datçik sıxma gücünü aşkar edə bilər. Bundan sonra datçik vasitəsilə toplanmış məlumatlar süni intellektin tətbiqi ilə təhlil edilir. Sensorlar dərman qutularının açılması, əllə mətn yazmaq kimi məsələləri aşkar etmək üçün kifayət qədər həssas və dəqiqdir.
Sensordan toplanmış məlumatlar “ağıllı” saata ötürülür və orada informasiyanın emalı həyata keçirilir. “Ağıllı” saatlarda tətbiq olunan kompüter təlimi sistemi parkinson xəstəliyinin müxtəlif əlamətlərini aşkar etmək qabiliyyətinə malikdir.