waplog

Avropa Birliyi mikroelektronika sahəsinin inkişafına 2 milyard avro ayırır


Avropa Birliyi mikroelektronika sahəsini inkişaf etdirmək üçün Fransa, Almaniya, İtaliya və Böyük Britaniyanın birgə layihəsinə 1,75 milyard avro ayırmağa razılaşıb. Avropa Komissiyası dövlət dəstəyi nəticəsində iş adamlarının 6 milyard avro məbləğində investisiya yatıracağına ümid edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, sözügedən layihə 2024-cü ilədək yekunlaşacaq. Layihədə “Robert Bosch”, “Infineon”, “STMicroelectronics”, “Osram”, “Carl Zeiss”, “GlobalFoundries” və “Murata” daxil olmaqla 29 şirkət və elmi tədqiqat təşkilatı iştirak edəcək.
 
Layihə iştirakçıları enerji-səmərəli çiplər, "ağıllı" sensorlar, qabaqcıl optik avadanlıq və kompozit materialların hazırlanmasına önəm verəcəklər.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL