Bu il dünyanın ən varlı insanları arasında ən çox “Facebook” rəhbərinin sərvəti azalıb
“Facebook” şirkətinin təsisçisi və baş direktoru Mark Sukerberqin dünyanın ən varlı insanları arasında sərvətində böyük azalma qeydə alınıb. Bu barədə “Bloomberg” agentliyinin sahibkarlara məxsus aktivlərin qiymətləndirilməsi əsasında gündəlik yenilənən “Bloomberg Billionaires Index” milyarderlər indeksində deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, bu ilin yanvar-dekabrında “Facebook” rəhbərinin var-dövləti 23 milyard azalaraq 49,7 milyard dollar təşkil edib. Azalmaya “Facebook”un istifadəçi məlumatlarının sızması ilə bağlı qalmaqallar fonunda yaranan böhranlar səbəb olub.
Reytinqə görə, dünyanın ən varlı insanı “Amazon” internet şirkətinin təsisçisi və baş direktoru Ceff Bezos olaraq qalır. Onun sərvəti sentyabrda 168 milyard dollar olmaqla ən yüksək həddə çatıb, lakin dekabrın sonunda 53 milyard – 115 milyard dollaradək azalıb.
Bildirilir ki, C.Bezosun kapitalı əsasən “Amazon” şirkətinin – dünyanın ən böyük internet pərakəndə satış şəbəkəsinin səhmlərinin dəyərinin bahalaşması sayəsində artıb. O, “Amazon” səhmləri ilə yanaşı, “The Washington Post” qəzeti və kosmik gəmilərin hazırlanması ilə məşğul olan “Blue Origin” şirkətinin sahibidir.
2018-ci ildə dünyanın 500 ən varlı sahibkarının var-dövləti 511 milyard dollar azalaraq ümumilikdə 4,7 trilyon dollar təşkil edib. “Bloomberg” ekspertləri bunu dünya ticarətində gərginlik və ABŞ-da əksər bazarlara təsir göstərən iqtisadi tənəzzüllə əlaqədar narahatlıqla izah edirlər.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL