Mobil proqram təminatı bazarının həcmi 20 faiz artıb
“App Annie” analitik şirkəti mobil qurğular üçün dünya proqram təminatı bazarı üzrə tədqiqatın nəticələrini açıqlayıb. Ekspertlər tərəfindən ən populyar “Apple App Store” və “Google Play” mağazalarının əlavə və oyun satışları qiymətləndirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, cari ilin əvvəlindən dekabrın 15-dək “Apple App Store” və “Google Play” istifadəçiləri tərəfindən 113 milyard dəfə əlavə və oyun yüklənib ki, bu da bir il əvvəldən 10 faiz çoxdur. Pul ifadəsində artım 20 faiz (76 milyard dollaradək) təşkil edib. Bu halda Çinin kənar mağazalarından yüklənən mobil əlavələr nəzərə alınmayıb.
Hesabatda qeyd olunur ki, 2018-ci ildə orta statistik smartfon istifadəçisi gündəlik mobil əlavələrə təxminən 3 saat sərf edib (2017-ci ildən 10 faiz, 2016-cı ildən 20 faiz çox). Oyunlara aid olmayan ən populyar “Facebook Messenger”, “Facebook”, “WhatsApp”, “TikTok” və “Instagram” olub. Ən populyar oyunlar isə “Helix Jump”, “Subway Surfers”, “PUBG Mobile”, “Free Fire” və “Love Balls” seçilib.
Ən gəlirli əlavələr kimi “Netflix”, “Tinder”, Çinin “Tencent Video”, “IQIYI” və “Pandora Music” sadalanır. 2018-ci ilin ən gəlirli oyunları: “Fate / Grand Order”, “Honour of Kings”, “Monster Strike”, “Candy Crush Saga” və “Lineage M”. “Pokemon GO” yeddinci pillədə qərarlaşıb.
Bu ilin ən uğurlu mobil əlavəsi kimi analitiklər tərəfindən martda buraxılan və təxminən 1 aya tərtibatçılara 15 milyon dollar qazandıran “Fortnite Battle Royale” hesab olunur. O vaxt oyundan yalnız “iOS” istifadəçiləri yararlana biliblər.
Tədqiqatçılar tərəfindən mobil əlavələr bazarının həcmində artım istifadəçilərin tərtibatçılar üçün daha çox gəlir mənbəyi olan oyunlar üçün xərcləri artırmaları ilə izah edilir. Mobil əlavələr bazarında artımın daha bir hərəkətverici qüvvəsi istifadəçilərin hər ay müəyyən funksiya və ya kontentdən istifadə üçün pul ödədikləri abunələrdir. Ekspertlərin fikrincə, məhz bu biznes modeli 2019-cu ildə əlavələr mağazalarında istifadəçi xərclərinin artmasına kömək edəcək. Nəticədə smartfon və planşetlər üçün proqram təminatının satışı 122 milyard dollaradək yüksələcək.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL