Bu şirkət istifadəçilərin etibarını itirib
“Facebook” sosial şəbəkəsi texniki şirkətlərin antireytinqində lider olub. Bu haqda onlayn sorğunun nəticələrini dərc etmiş “Toluna” analitik şirkəti məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, 2018-ci ilin dekabrında keçirilmiş araşdırma çərçivəsində 1000 istifadəçinin rəyi soruşulub. Sorğu zamanı respondentlərə 2 sual verilib: onlar siyahıdakı şirkətlərdən hansılarına öz fərdi məlumatlarını etibar etməyə hazırdırlar, hansılarına isə az etibar edirlər.
“Facebook” istifadəçilərin etibarını itirmiş şirkətlər arasında lider olub. Növbəti yerlərdə “Twitter” və “Amazon” qərarlaşıb.
İstifadəçilərin ən çox etibar etdiyi şirkətlərin üçlüyü isə belədir: “Amazon”, “Apple” və “Google”.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL