waplog

“Google Chrome” brauzerlər bazarında mövqeyini möhkəmlədib


“Net Applications” analitik şirkəti ötən ilin dekabrında dünya brauzerlər bazarı üzrə vəziyyəti əks etdirən statistik məlumatlar təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, internetə çıxışa malik kompüter istifadəçiləri arasında uzun illərdir ən populyar brauzer 2018-ci ilin dekabrında bazar payı 67,2 faizə (bir ay əvvəl 66,4 faiz) çatan “Google Chrome” olaraq qalır.   

Auditoriya sayına görə reytinqin ikinci pilləsində “Firefox” (9,6 faiz bazar payı), üçüncüdə “Internet Explorer” (8,3 faiz), dördüncüdə “Edge” (4,1 faiz) brauzeri qərarlaşıb.

“Chrome” portativ qurğu istifadəçilərinə aid mobil sahədə də liderliyini (mobil internet auditoriyasının 63,2 faizi) qoruyur. Populyarlığına görə ikinci mövqedə “Safari” (26,6 faiz), üçüncüdə isə Çinin “Baidu Browser” (2 faiz) brauzeri yer alıb.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL