“Apple” ən bahalı korporasiyalar reytinqində dördüncü yeri tutub
Bir neçə ildir dəyərinə görə təkcə İT şirkətləri deyil, ümumilikdə dünya korporasiyaları arasında dəyişməz lider olan “Apple” 2018-ci ilin sonunda birinciliyi əldən verib, eləcə də yanvarın 3-də səhmlərin qiyməti 10 faiz ucuzlaşdıqdan sonra dördüncü pilləyə enib.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, yanvarın 3-də ABŞ-da birja hərracları başa çatdıqdan sonra bazar kapitallaşdırılmasına görə ən böyük şirkətlər “Microsoft” (747,79 milyard dollar), “Amazon” (733,59 milyard dollar), “Alphabet” (710,18 milyard dollar), “Apple” (674,75 milyard dollar) olub.
Məlumata görə, “Apple” qiymətli kağızlarının növbəti kəskin ucuzlaşmasının səbəbi şirkət rəhbərliyinin gözlənilməz etirafı ilə əlaqədardır: son 20 ildə şirkət sərmayədarları 2018-ci ilin son təqvim rübü (Apple şirkətinin maliyyə təqvimi ilə yeni ilin birinci rübü) üçün mədaxilin gözləniləndən az və bir il əvvəlin müvafiq dövründən 5 faiz aşağı olacağı barədə xəbərdar edib.
Baş direktor Tim Kuk sərmayədarlara ünvanlanan açıq məktubu dərc edərək Çin iqtisadiyyatının artımının zəifləməsi və Çin və ABŞ arasında ticarət müharibəsi ilə bağlı Çin, Honkonq və Tayvanın daxil olduğu regionda tələbatın azalmasına görə səhvi izah edib.
O, həmçinin etiraf edib ki, inkişaf etmiş ölkələrin smartfonlar bazarı tam təmin olunma mərhələsindədir, artıq istifadəçilər telefonları hər iki ildə bir dəfə dəyişmirlər və beləliklə, “iPhone” smartfonlarının biznesi üçün əvvəlki uğurları gözləməyə dəyməz.
“Apple” rəhbərliyi tərəfindən gözlənilməz etiraflar səhmlərin qiyməti 1 günə 9,96 faiz ucuzlaşdıqdan sonra səsləndirilib. Üç ay ərzində – oktyabrın 3-dən səhmlərin qiyməti 39,1 faiz ucuzlaşıb, şirkətin bazar kapitallaşdırılması isə 452 milyard dollar azalıb. Bu məbləğ, məsələn, “Facebook”un və ya maliyyə nəhəngi “J.P. Morgan”ın bazar kapitallaşdırılmasını üstələyir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL