Cib skaneri məhsulların təzəliyini müəyyənləşdirməyə imkan verəcək
Fraunhofer Cəmiyyətinin mühəndisləri tərəfindən yaradılmış cib skaneri infraqırmızı şüalanmanın köməyi ilə anında məhsulların təzəliyini yoxlamağa imkan verəcək. Yeni texnologiya insanlar tərəfindən gündəlik zibilə atılan qida məhsullarının həcmini azaltmağa imkan verəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Assosiasiyasının məlumatına görə, dünyada istehsal olunan qida məhsullarının 33%-i atılır. Bu, il ərzində təxminən 1,3 milyard ton deməkdir. İnkişaf etmiş ölkələrdə, zibilə atılmış qida məhsullarının daşınması üzrə illik xərclərin həcmi 680 milyard dollar təşkil edir.
İnsanların qida məhsullarını zibilliyə atmasının səbəblərindən biri onların təzə olmasına şübhədir. Əsasını yüksək dəqiqlikli yaxın infra-qırmızı datçik təşkil edən yeni sensor bu problemi qismən həll edəcək. Qidanın üzərinə infraqırmızı şüa düşür və əks olunan işıq infraqırmızı spektr üzrə ölçülür. Qidanın udma spektrini məşhur nümunə ilə müqayisə edən qurğu qidanın təzə olub-olmamasını müəyyənləşdirə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL