2018-ci ilin ən populyar mobil əlavə və oyunları açıqlanıb
“App Annie” analitik şirkəti 2018-ci ilə yekun vuraraq ən populyar mobil əlavə və oyunları açıqlayıb. Reytinq “Apple App Store” və “Google Play” mağazalarında dünya yükləmə statistikasına əsaslanır.
“ICTnews” Elektron Xəbər Xidməti “42TUT.BY” resursuna istinadən yazır ki, ən populyar əlavə “Facebook Messenger” olub. İkinci pillədə “Facebook” şəbəkəsi, üçüncüdə “WhatsApp” messenceri, dördüncüdə “Tik Tok” sosial şəbəkəsi qərarlaşıb. Liderlər beşliyini “Instagram” şəbəkəsi tamamlayıb.
Reytinqə görə, ən çox yüklənən oyunlar kimi müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutan “Helix Jump”, “Subway Surfers” və “PUBG Mobile” seçilib. Proqram tərtibatçılarına ən çox qazanc gətirən əlavələr arasında lider mövqedə “Netflix” yer alıb. Oyunlar arasında birinci pillədə “Fate/Grand Order” qərarlaşıb.
Bildirilir ki, 2018-ci ildə “Apple App Store” və “Google Play” mağazalarında yükləmələrin ümumi sayı 113 milyardı ötüb ki, bu da 2017-ci ilin nəticələri ilə müqayisədə 10 faiz çoxdur. İstifadəçilər proqramlara ümumilikdə 76 milyard dollar sərf ediblər. Bu isə 2017-ci ilin göstəricisini 20 faiz üstələyir.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL