waplog

“Vuzix” şirkətinin artırılmış reallıq eynəyi smartfonla işləyəcək


“Vuzik” şirkəti ötən il korporativ müştərilər üçün artırılmış reallıq eynəyi modelini təqdim etmişdi, indi isə həmin modelin istifadəçi versiyası üçün ilkin sifariş əlçatandır. 1000 dollar ödəyərək sözügedən artırılmış reallıq eynəyini 4-6 həftə sonra əldə etmək mümkündür.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, “Blade” eynəyi avtonom iş üçün nəzərdə tutulmayıb: “Android” sisteminin idarəetməsi altında olan smartfon və “iPhone” ilə birgə işləyir. İstifadəçilər linzadan parlaq rəngli təsvirlərdən ibarət dünyaya baxa, poçtu yoxlaya, restoranlarda menyunu öyrənə, mesajları oxuya, oxuducuları idarə edə, yol xəritələrini araşdıra və bəzi hallarda səsli əmrlər verə biləcək.
 
Şirkət “Amazon Alexa” və “Google Assistant” dəstəyinə söz verir, daxili kamera 8 meqapiksellik təsvir ölçüsündə şəkillər çəkə və 720p formatında video yaza bilər.
 
“Blade” eynəyi 4 nüvəli “ARM” prosessoru və başın hərəkətini izləmək üçün daxili hiroskopa malik “Android” sisteminin xüsusi versiyası ilə təchiz edilib. “Bluetooth”, “Wi-Fi” modulları, məlumatların saxlanılması üçün “microSD” slotu var.
 
Əlavə 200 dollar ödəməklə eynəyə görmə korreksiyasına malik linzalar taxmaq mümkündür.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL