Bu proqram gözdən əlil insanlara həmsöhbətinin emosiyalarını eşitməyə imkan verəcək
“Huawei” şirkəti tərəfindən işlənib hazırlanmış “Facing Emotions” proqramı gözdən əlil istifadəçilərə həmsöhbətinin emosiyalarını müəyyənləşdirməkdə kömək edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, Polşa Korlar Assosiasiyasının himayəsi altında yaradılmış və “Huawei Mate 20 Pro” smartfonu üçün uyğunlaşdırılmış proqramda insanın mimikasını anında tanıyan və onun psixoemosional vəziyyətini qiymətləndirə bilən sifət skaneri üçün süni intellektdən istifadə edilib. Smartfonun kameraları həmsöhbətin sifətini skan edir, onun dodaq, burun, göz və qaşlarını müəyyənləşdirir, bundan sonra onların forma və bir-birinə nəzərən mövqelərində normadan kənara çıxmaları tanıyır. Bu, insanın cari ana olan əhval-ruhiyyəsini şablona uyğun olaraq aşkar etmək üçün kifayətdir.
Proqram ümumilikdə 7 növ əsas emosiyaları və onların arasındakı keçidləri tanıyır. Emosiyaların səsləndirilməsi üçün gözdən əlil bəstəkar Tomaş Bileski tərəfindən yazılmış qısa səsli markörlər tətbiq edilir. Sınaq iştirakçıları qeyd ediblər ki, siqnal səslə deyil, əl üzərindəki toxunuş sensoru ilə ötürüldükdə də emosiyalar arasındakı fərq asanlıqla hiss edilir. Tamamilə avtonom işləyən bu proqram internetə qoşulma tələb etmir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL