“Samsung Notebook 9 Pro” noutbuku qələmlə idarəetməni dəstəkləyir
“Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2019” istehlak elektronikası sərgisində peşəkar istifadəçilər üçün “Notebook 9 Pro” portativ noutbukunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, transformer (şəklini dəyişən) qurğular sinfinə aid noutbukun 13,3 düym diaqonallı sensor displey qapağı 360 dərəcə dönür ki, bu da onu planşet rejiminə keçirməyə imkan verir. Bundan əlavə, 4 mindən çox basılma gücü səviyyəsini tanıyan xüsusi elektron qələm (stilus) vasitəsilə idarəetmə dəstəklənir.
Zərif metal korpusa malik yeni qurğunun “Full HD” (1920 × 1080 piksel) təsvir ölçülü ekranının parlaqlığı 350 kandel kvadratmetr (kd/m2) təşkil edir.
Məlumata görə, noutbukun əsasını “Whiskey Lake” nəslinə aid “Intel Core i7-8565U” prosessoru təşkil edir. Çip eyni anda 8-dək təlimat axını emalı imkanı ilə 4 hesablama nüvəsinə malikdir. Nominal takt tezliyi 1,8 QHs, maksimal isə 4,6 MHs-ə bərabərdir. Qrafik emalı inteqrasiya edilmiş “Intel UHD Graphics 620” kontrolleri həyata keçirir.
Kompüter 8 giqabaytlıq operativ yaddaş, 256 giqabayt tutumlu “PCIe NVMe” bərk cisimli toplayıcı, “Wi-Fi 802.11ac” simsiz rabitə adapteri, 1,5 vatt gücündə stereofonik dinamiklər və “HD” formatlı veb-kamera ilə təchiz olunub.
Bundan başqa, “Windows 10” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Notebook 9 Pro” noutbuku iki “Thunderbolt 3 / USB Type-C” çıxışı, daktiloskopik skaner, “microSD” yaddaş kartı slotu və işıq saçan klaviatura ilə təchiz olunub.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL