waplog

“Gigabyte” şirkəti süni intellektli oyun noutbuku yaradıb


“Gigabyte” şirkəti məhsuldarlığı artırılan və süni intellekt texnologiyası ilə təchiz edilən yenilənmiş “Aero 15” oyun noutbukunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, süni intellektə yaxın “ağıllı” alqoritmlər sayəsində “Aero 15” noutbuku məhsuldarlıq və enerji sərfiyyatı arasında optimal balansı müstəqil şəkildə müəyyənləşdirə bilir.

“Microsoft Azure AI” paketi əsasında tətbiq edilən xüsusi proqram təminatı noutbukun istifadə olunduğu senariləri analiz edərək mərkəzi prosessor və qrafik altsistemin məhsuldarlığının quraşdırılmasını müəyyənləşdirir. Nəticədə istifadəçi konkret olaraq onun işinə uyğun seçilən məhsuldarlıqla təmin edilir”, – “Gigabyte” nümayəndələri bildirib.

Nəzərdə tutulur ki, “ağıllı” sistem “Gigabyte Aero 15” noutbukuna təsir bağışlayan avtonomluq nümayiş etdirməyə imkan verəcək. Bundan başqa, sistemdən istifadə portativ kompüterin qızmasını və səsini azaltmağa kömək edəcək.

Yeni noutbukun iki versiyada (Aero 15-X9 və Aero 15-Y9) satışa çıxarılması planlaşdırılır. Əsas fərq qrafik sürətləndiricidədir. Bu, modellərdə müvafiq olaraq “NVIDIA GeForce RTX 2070” və “RTX 2080” çipi üzərində tətbiq edilib. Aparat təminatı qismində “Intel Core i7-8750H” və ya “Core i9-8950HK” prosessorundan istifadə mümkündür.  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL