waplog

Qabaqcıl “Samsung Galaxy S10” smartfonlarının təqdimat tarixi açıqlanıb


“Samsung” şirkəti növbəti nəsil “Galaxy S10” smartfonlarının nümayiş tarixini rəsmən təsdiq edib. Təqdimat fevralın 20-də “Unpacked” tədbirində – fevralın 25-28-də Barselonada keçiriləcək “MWC 2019” sərgisinin açılışına bir neçə gün qalmış baş tutacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Galaxy S10” smartfonu üçün ilkin sifarişlərin qəbuluna təqdimat günü, satışlara isə martın 8-də başlanacağı gözlənilir.

Qeyri-rəsmi məlumatlara görə, seriyaya üç əsas model – 6,4 düym ekrana malik qabaqcıl “Galaxy S10+”, 6,1 düymlük əsas “Galaxy S10”, 5,8 düymlük sadələşdirilmiş “Galaxy S10 Lite” və ya “Galaxy S10 E” daxil olacaq. Bundan başqa, beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) dəstəkləyən ayrıca model versiyasının təqdim olunacağı ehtimal edilir.

Qabaqcıl smartfonlarla yanaşı, Cənubi Koreya istehsalçısı yeni “Galaxy Watch” “ağıllı” saatını və elastik smartfonun sonuncu variantını təqdim edə bilər.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL