“Google Chrome” brauzerində zəhlətökən reklamlar bloklanacaq
İstifadəçilər üzə çıxan pəncərə, səsli videoreklamlar və böyük bannerlərdən xilas olacaqlar.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, cari ilin iyulundan etibarən “Google Chrome” brauzerində tətbiq ediləcək reklam bloklama funksiyası bütün regionlarda əlçatan olacaq. Bu haqda internet şirkətinin rəsmi bloqunda məlumat verilib.
İlk növbədə ən aqressiv reklam növləri blok ediləcək: üzə çıxan pəncərələr, avtomatik işə düşən videolar, böyük bannerlər və geri sayım reklamları.
İndi bu imkan, hələ ki, ABŞ, Kanada və Avropada əlçatandır.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL