waplog

Dünyada “havadan” əldə edilən enerji ilə işləyən ilk batareyasız çip təqdim edilib


İsrailin “Wiliot” startapı “National Retail Federation” (NRF) sərgisində ölçülmüş məlumatları 3 metrədək məsafəyə ötürə bilən innovativ telemetrik sensor təqdim edib. Maraqlıdır ki, qabaqcıl çip naqil və batareyaya malik deyil, "havadan" əldə olunan enerji ilə işləyir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “ARM” prosessorla təchiz edilmiş kiçikölçülü modul obyektlərin çəkisini və temperaturunu "hiss edə" və bu məlumatları şifrlənmiş kanal vasitəsilə ötürə bilir. Yarımkeçirici çip “Bluetooth”, “Wi-Fi” və mobil şəbəkələrdən yayılan elektromaqnit enerjisi ilə işləyir.
 
 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL