Ən ekstremal şərait üçün modulyar smartfon təqdim olunub
Çinin “Doogee” şirkəti tərəfindən təqdim edilmiş “S90” adlı qeyri-adi modulyar smartfon ekstremal şəraitdə işləmək üçün nəzərdə tutulub. “S90” modeli “IP68/IP69K” və “810G” hərbi müdafiə standartlarına uyğundur. Cihaz partlayış dalğası, kif, duz və qaza qarşı dayanıqlıdır, 2 həftə suyun altında qala bilər və -30-dan +80 selsi dərəcədə işləyir.
“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, çəkisi 300 qram olan “Doogee S90” smartfonu “Gorilla Glass 4” şüşəsi ilə qorunan 2246x1080 piksel təsvir ölçülü 6,18 düym diaqonallı ekrana malikdir. Aparat 8 nüvəli “MediaTek Helio 60” prosessoru, 6 QB-lıq əməli yaddaş və 128 QB-lıq daxili yaddaş ilə təchiz edilib, “MicroSD” kartlarını dəstəkləyir.
Kompüter təlimi sistemini dəstəkləyən 16 meqapiksellik kamera “Samsung” şirkəti tərəfindən istehsal edilib. 8 meqapiksellik ön kamera “Sony” şirkətinə məxsusdur və 90 dərəcəlik görünüşə malikdir. Bundan başqa, cihaz barmaq izləri skaneri, NFC modulu, simsiz enerjidoldurma və SİM kart üçün iki slotla təchiz edilib. Smartfon “Android 8.1” versiyasının idarəetməsi altında işləyir.
“Doogee S90” aparatının qiyməti 299 dollardır. Əlavə 100 dollar ödədikdə bu smartfona əlavə enerji bloku, rəqəmli radiostansiya və gecəgörmə modulu quraşdırılacaq. Batareyaların tutumu 5050-dən 10000 milliamper/saatadək artırılacaq, 10 km radiusda rabitə operatorunun əhatə dairəsindən kənarda analoji qurğularla sabit rabitə yaratmaq mümkün olacaq.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL