waplog

Bu “ağıllı” saat elektrokardioqrama ritmlərinə nəzarət edəcək


“Alphabet”  şirkətinin sağlamlıq bölməsinin əsas fəaliyyət istiqamətlərindən biri “Study Watch” adlı “ağıllı” saatlar üzərində  aparılan işdir. Sözügedən cihaz ürək-damar sisteminin vəziyyətini müəyyənləşdirir. İndi qurğu ABŞ-ın Qida məhsulları və dərman keyfiyyətinə sanitar nəzarət idarəsinin (FDA) icazəsini alıb. “Ağıllı” saat ABŞ-da ikinci sinfə məxsus tibbi cihaz kimi qəbul edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, şirkətin mühəndisləri iddia edirlər ki, sözügedən saat elektrokardioqrama ritmlərini qeyd edə və göstərə bilər. Həkimlər pasiyentlərin diaqnostikası üçün onlara bu qurğudan istifadə etməyi tövsiyə edə bilərlər. "Belə icazənin alınması bizim FDA-nın təhlükəsizlik və effektivlik barəsində yüksək standartlarına bağlılığımızı göstərir" – şirkətdən bildirilib.
 
Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL