Qiymət və şəffaflıq üzrə “Azərfon” mobil operatorlar arasında müştərilərin 1 nömrəli seçimi olaraq qalır
“Rəqiblərimizlə müqayisədə bizim bütün istiqamətlərə zənglərə və rouminq xidmətlərində ən sərfəli qiymətlərimizin olması, eləcə də, keyfiyyətli müştəri xidmətləri bizim abonentlərimizin “Nar Mobile”-ı seçməsinin əsas səbəbidir” – “Azərfon”un Baş icraçı direktoru cənab Yurgen Pitz deyib.
Azərbaycanda ilk “3G” provayderi olan “Azərfon” MMC 3 noyabr 2011-ci il tarixdə doqquz aylıq fəaliyyət nəticələrini açıqlayıb. “Azərfon”un 2011-ci ilin doqquz aylıq fəaliyyət nəticələrinə əsasən, şirkətin müştəri bazası 11% , gəlirləri isə 25% artıb.
Müştəri Xidmətlərində bir sıra yeniliklər müştəri məmnuniyyətini 85%-a qaldırmış, Müştəri Xidmətlərinə zənglərin orta gözləmə vaxtı isə 1 dəqiqədən az təşkil edir.
"Bizim ən sərfəli qiymətlərimiz, keyfiyyətli müştəri xidmətləri və “3G” xidmətlərindən istifadənin genişlənməsi bazar payımızın artmasına və 2011-ci ilin doqquz ay ərzində gəlirlərimizin 25% artmasına səbəb olmuşdur. Biz hər zaman bazarda ən sərfəli qiymətlər və şəffaf qiymət siyasətimizlə seçilmişik.
Bizim rəqiblərimizdən fərqli olaraq, biz istehlakçıları çaşdıran konturlardan heç zaman istifadə etməmişik. 2011-ci ildə “3G” istifadəçilərinin sayı dörd dəfəyə qədər artmış və hal-hazırda 120.000 abonent müntəzəm olaraq data xidmətləri istifadə edir.
2011-ci ildə keçirilən müstəqil araşdırmalar Azərbaycanda “Nar Mobile” tərəfindən təklif olunan “3G” xidmətlərinin orta sürətinin Böyük Britaniyada oxşar xidmətlərin orta sürətindən daha yüksək olduğunu göstərdi. Hal-hazırda biz şəbəkəmizin əhatə dairəsini ən müasir avadanlıqlarla genişləndiririk.
Şəbəkə müasirləşdirilməsi tezliklə başa çatdırıldıqdan sonra, müştərilərimiz mükəmməl rabitə xidmətlərindən istifadə edəcəklər” – deyə, “Azərfon”un Baş icraçı direktoru cənab Yurgen Pitz bildirib.
Qeyd etmək lazımdır ki, mövcud şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmək və müasirləşdirmək üçün “Azərfon” 65 milyon ABŞ dolları məbləğində sərmayə qoyub. Dünyanın aparıcı şəbəkə avadanlığı istehsalçısı olan Almaniyanın “Nokia Siemens Networks” (NSN) şirkəti şəbəkənin genişləndirilməsi üzrə “Azərfon”un əsas tərəfdaşıdır.
Müqaviləyə əsasən NSN “Azərfon”un şəbəkəsini ən müasir avadanlıqlarla təchiz edərək “2G” və “3G” stansiyalarının sayını əhəmiyyətli dərəcədə artıracaq, metro stansiyalarına şəbəkəni genişləndirəcək və tezliklə abunəçilər ən mükəmməl rabitə xidmətlərindən istifadə edəcəklər.
2011-ci ilin yayında “Eurovision-2011” Mahnı Müsabiqəsinin qalibləri El və Nikki “Nar Mobile”-ın rəsmi simaları oldular. Eldar və Nigarın “Nar Mobile”-ın bir sıra televiziya reklamlarında iştirak etməsi, "Limitsiz" danışıq tarifi, "Bomba" və “Hər tərəfə sərfəli” kimi kampaniyaların daha məşhur olmasına səbəb olub.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL