“Apple” 2020-ci ildə LCD displeylərindən imtina edəcək
“Apple” korporasiyası 2020-ci ildən etibarən smartfonlarda LCD (maye kristal) ekranların tətbiqindən tamamilə imtina etməyi və müasir OLED displeylərindən istifadəyə keçməyi planlaşdırır.
Bu haqda “The Wall Street Journal” qəzeti yazıb.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, OLED (orqanik işıq diodlarına əsaslanan) texnologiyasına keçid daha elastik dizayna nail olmağa imkan verəcək.
İndi OLED displeyə malik qurğularla müqayisədə “iPhone XR” smartfonunun ekranının ətrafındakı çərçivələrin ölçüsü daha böyükdür.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL