waplog

Yeni “Samsung” smartfonlarına oyunları sürətləndirən texnologiya tətbiq ediləcək


Avropada Cənubi Koreyanın “Samsung” şirkətinin “Neuro Game Booster” adlı texnologiya üçün əmtəə nişanı qeydiyyata alınıb. Onun Çinin “Huawei” şirkətinin “GPU Turbo” qrafik sürətləndirici texnologiyasının rəqibi olacağı gözlənilir.  

“ICTnews” Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Samsung” texnologiyası süni intellekt sistemi vasitəsilə smartfonlarda oyunları optimallaşdırmağa imkan verəcək. O, təqdimatı fevralın 20-də gözlənilən “Galaxy S10” smartfonunda, eləcə də şirkətin digər qabaqcıl modellərində tətbiq edilə bilər.

Məlumata görə, “Galaxy S10” smartfonunun əsasını təşkil edəcək “Exynos 9820” prosessorunda təkmilləşdirilmiş “NPU” (Neural Processing Unit) neyron hesablamalar modulu istifadə edilir. “Neuro Game Booster” texnologiyası məhz bu modul üçün nəzərdə tutulub.

Qeyd edək ki, “Samsung” smartfonları ənənəvi olaraq iki versiyada – ABŞ bazarı üçün “Snapdragon” prosessoru və digər dünya bazarları üçün “Exynos” çipi əsasında buraxılır. “Exynos” prosessorları məhsuldarlığına görə qabaqcıl “Snapdragon” çiplərindən geri qalır. “Neuro Game Booster” kimi texnologiyalar isə bu fərqi aradan qaldırmaq məqsədi daşıyır.  

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL