Rekord qoşulma sürətli “5G” modem təqdim edilib
Daha çox texnologiya şirkəti “5G” rabitə standartını dəstəkləyən qurğular üzərində işləyir. “Huawei” şirkətinin baş direktoru Riçard Yu Pekində “Balong 5000” adlı ilk işlək “5G” modem nümunəsini təqdim edib. Mobil şəbəkədə məlumatların çox yüksək sürətlə ötürülməsi yeniliyin əsas özəlliyidir.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, sınaqlar zamanı “5G” modem nümunəsi aşağı tezlik diapazonunda (6 QHs-dək) 4,6 Qbit/s-lik, millimetrlik diapazonda isə 6,5 Qbit/s-lik qoşulma sürəti nümayiş etdirib.
İstehsalçıların məlumatına görə, “Balong 5000” adlı 5G modem “V2X” (vehicle-to-everything) texnologiyasını dəstəkləyir və sabit əlaqəni təmin etməklə avtomobillərin bort sistemlərinə quraşdırıla bilər. “Huawei” nümayəndələrinin sözlərinə görə, “5G” şəbəkəsinə qoşulma vaxtı modemin effektivliyi analoji LTE həllərlə müqayisədə 10 dəfə yüksəkdir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL