“Amazon” şirkəti bağlamaların çatdırılmasında robot kuryerlərdən istifadəni planlaşdırır
“Amazon” şirkəti məhsulların daşınması üçün tamamilə avtonom işləyən robotları sınaqdan keçirməyə başlayıb. İnternet mağazada sifarişi rəsmiləşdirmiş istifadəçilər avtonom işləyən robot kuryer çağıra və bağlamanı öz evinin kandarında ala biləcək.
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, yeni “Amazon Scout” xidməti Vaşinqtonda Snoxomiş dairəsinin sakinləri üçün pilot rejimində əlçatandır. Robot kuryerlər səki üzərində piyada sürəti ilə hərəkət edərək qarşısına çıxan maneələrdən yan keçirlər. Hər bir robot kuryer elektrik mühərriki, kameralar, 6 təkər və baqajla (təyinat nöqtəsinə çatanda avtomatik açılır) təchiz edilib.
İlk öncə robot kuryerləri insanlar müşayiət edəcək, amma sonralar sözügedən qurğular tamamilə avtonom işləyəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL