Yeni “Acer” noutbukunun qapağı 180 dərəcə açılır
"Acer" şirkəti üst qapağı 180 dərəcə açılan "TravelMate B114-21" noutbukunu nümayiş etdirib. Belə konstruksiya sayəsində portativ kompüteri birgə iş çərçivəsində masa üzərində tam şəkildə açaraq informasiya mübadiləsi etmək mümkündür.
"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, yeni qurğu yeddinci nəsil "AMD A6-9220C" prosessoru, "AMD Radeon R5" videokartı, 256 giqabayt tutumlu ikikanallı "PCIe NVMe" bərk cisimli toplayıcısı və ya 64 giqabaytlıq "eMMC" yaddaş modulu ilə təchiz edilib. İstehsalçı nümayəndələrinin sözlərinə görə, noutbuk bir dəfə tam enerji toplamaqla 10 saat işləyir.
Displey 14 düymlük diaqonal və 1920х1080 piksel təsvir ölçüsü ilə xarakterizə edilir. Konstruksiya rezin bamper və zərbəyədavamlı korpusdan ibarətdir. ABŞ-ın "MIL-STD 810G" hərbi standartına uyğun hazırlanan kompüter ekstremal temperatur, əlverişsiz hava şəraiti, 122 sm hündürlükdən düşmə, zərbə və toqquşmaya qarşı dözümlüdür.
Bundan başqa, noutbukun texniki təchizatına "802.11ac" simsiz rabitə modulu, "RJ-45 Ethernet" portu, "HDMI", "USB 3.1", "USB 2.0" çıxışları və SD kartlarının oxunması üçün qurğu daxildir. Əməliyyat sistemi qismində S rejimində işləyən və "Microsoft" korporasiyasının təhlükəsizlik yoxlanışından keçən proqramlara çıxışı təmin edən "Windows 10"-dan istifadə edilir.
Qiyməti hələlik açıqlanmayan "Acer TravelMate B114-21" noutbukunun bu ilin ikinci rübündə satışa çıxarılması planlaşdırılır.
Nizam Nuriyev
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL