waplog

Elektrik enerjisi ilə işləməyən kondisioner hazırlanıb


“SoundEnergy” startapının mühəndisləri tərəfindən hazırlanmış kondisioner sənaye istehsalından əldə olunan enerji və ya günəş enerjisi  əsasında işləyir və elektrik enerjisi tələb etmir. Sözügedən qurğu ətraf mühitə ziyan vurulmasının qarşısını almağa və otağın soyudulması üçün xərcləri azaltmağa imkan verəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, 2050-ci ilədək təxminən 6 milyard kondisioner qlobal elektrik enerjisinin 37%-ni istifadə edə bilər. Bu, Çin və Hindistanın aktiv inkişaf edən bazarları ilə bağlıdır, belə ki, adıçəkilən ölkələrin vətəndaşları zənginləşir və qlobal istiləşmə ilə əlaqədar daha çox kondisioner satın alırlar.
 
Bundan başqa, mövcud kondisionerlərdə karbon qazı ayrılır və qlobal istiləşməni sürətləndirən soyuduculardan istifadə edilir.
 
Şirkət artıq kondisionerlərin ilk partiyasını (hər birinin dəyəri 50 min dollar olub) satıb. “SoundEnergy”nin nümayəndəsinin sözlərinə görə, istehsal artdıqca qurğunun dəyəri azalacaq.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL